Hiperprolaktinemiya nədir?
02.07.2023 14:43

Hiperprolaktinemiya - prolaktin səviyyəsinin artması, endokrinologiyada ən çox görülən hipotalamo-hipofiz pozğunluğu hesab olunur. Prolaktin yüksəkliyi menstrual pozuntuların və hamiləliyin olmamasının ümumi səbəbidir, polikistik yumurtalıq sindromu olan xəstələrin 60% -ində rast gəlinir. Həmçinin oliqospermiya və ya impotensiya olan kişilərdə də müşahidə edilə bilər.

 

Aztibb.az xəbər verir ki, prolaktin fizioloji olaraq hamiləlik və laktasiya dövründə, eyni zamanda, cinsi əlaqə, fiziki aktivlik, yuxu və stres zamanı da yüksəlir.

 

Hamilə və laktasiya dövründə olmayan qadınlarda yüksək prolaktin simptomları :
-Süd vəzindən süd ifrazı (qalaktoreya )
-Süd vəzində ağrıların olması
-Qeyri-müntəzəm menstrual dövr
-Menstrual qanaxmanın intensivliyində dəyişiklik
-Menstrual dövr gecikməsi
-Cinsi istəksizlik
-Sonsuzluq
-Vaginal quruluq

 

Prolaktin səviyyəsindəki patoloji artımın səbəbləri :

-hipofizin mikro və makroadenoması va digər hipofiz xəstəlikləri
-hipotireoz
-xroniki böyrək çatışmazlığı
-xroniki qaraciyər çatışmazlığı
-bəzi dərman vasitələrinin əks təsiri
-döş qəfəsinin travması və ya hər hansı bir əməliyyatı
-uşaqlığın tez-tez küretajı və abort

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır