"Hepatit A-nın qarşısını ancaq peyvəndlə almaq mümkündür" - Hepatoloq
01.07.2023 11:46

Xalq arasında sarılıq kimi tanınan Hepatit A, hepatit A virusu və ya HAV tərəfindən törədilən və insandan insana keçən ciddi qaraciyər xəstəliyidir.

 

Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin həkim-hepatoloqu Tofiq Əkbərov məlumat verib.
 

Həkim bildirib ki, qeyri-gigiyenik şəraitdən ötürülən və çox yoluxucu xəstəlik olan Hepatit A-nın qarşısını ancaq peyvəndlə almaq mümkündür. Xəstəliyin sürətlə ötürülməsinin ilk səbəbi əlləri düzgün yumamaqdır. Hepatit B və ya Hepatit C-dən fərqli olaraq, xroniki #qaraciyər xəstəliyinə səbəb olmur. Bunun əksinə qaraciyəri zəiflədir və kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər:

 

"Bundan əlavə, kanalizasiya suları ilə qidaların təmas olunması və çiy və ya az bişmiş qidalar hepatit A virusunun yoluxma səbəbləri arasında yer almaqdadır. Qeyri adekvat təmizlənməmiş su da xəstəliyi yoluxmuş insandan yoluxmamış şəxsə ötürür".

 

Tofiq Əkbərov qeyd edib ki, xəstəlikdən qorunmanın əsas yolu peyvənd olsa da, digər yol əlləri düzgün yumaq, təzə tərəvəz və meyvələri təmiz su ilə yaxşıca yumaq və buna uyğun istehlak etmək lazımdır.



ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır