Diabetin idarə olunmasında sağlam qida seçimləri etməyinizə kömək edəcək bəzi MƏSLƏHƏTLƏR
01.07.2023 08:04

Diabet həyatınızda, xüsusən də, yemək vərdişinizdə bəzi dəyişikliklər tələb edir. Qida qanda şəkərin səviyyəsini tənzimləyən əsas mənbədir və buna görə də sağlam qidalanma diabetdə müalicənin əsasını təşkil edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu bildirib. 

 

Onun sözlərinə görə, şəkərli diabet xəstələri üçün vahid diabet pəhrizi yoxdur.

 

Həkim diabetin idarə olunmasında sağlam qida seçimləri etməyinizə kömək edəcək bəzi məsləhətlər də verib:
Yeməkdə duz istifadəsini azaldın;
Lifli qidalara üstünlük verin (mərci, lobya, brokoli, kivi, moruq və s.);
Faydalı yağlardan istifadə edin;
Ara atışdırmalarına sağlam qidaları seçin (qoz, fındıq, badam və s.);
Qırmızı və işlənmiş ət istifadəsini azaldın;
Faydalı karbohidrat mənbələrini seçin (çovdar çörəyi, yulaf, bulqur və s.).

 

"Diabetli xəstələr sağlam qidalanma, müntəzəm fiziki aktiv olmaq və çəkini normada saxlamaqla diabetini kontrolda saxlaya bilərlər", - deyə F.Burzu bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev