Kolonoskopiya nədir?
29.06.2023 13:26

Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müayinəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır. Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan güzgülü alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Diaqnoz Tibb Mərkəzinin qastroenteroloq-endoskopisti Rəfael Həsənov məlumat verib.
 

Onun sözlərinə görə, çoxları üçün bu prosedur həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün venadaxili anesteziya tətbiq oluna bilər:

 

"Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:
Poliplər görünərsə, götürülür, ya yandırılır
Qanaxma varsa, saxlanılır
Yad cisim varsa çıxarılır
Daralma, bitişmə varsa, bərpa olunur
Şiş varsa, biopsiya materialı götürülür və s."

 

Rəfael Həsənov qeyd edib ki, ümumiyyətlə 45 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya müayinəsi göstərişdir. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.

 

"Kolonoskopiya kifayət qədər ziyansız və asan metoddur, amma o, yüksək peşəkar, işində mütəxəssis tərfindən, klinika şəraitində, müasir və steril avadanlıqla icra olunmalıdır", - deyə qastroenteroloq bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır