I qrup görmə qabiliyyəti məhdud olan və 30 il masaj üzrə tibb bacısı işləyən - Firuzə Cəfərova
26.06.2023 11:33
Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan görmə qabiliyyəti məhdud olan şəxslər masaj üzrə tibb bacısı, masaj üzrə tibb qardaşı və müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifələrində fəaliyyət göstərirlər. Onlara ən çox osteoxondroz, kifoz, lordoz, skolioz, artroz, artrid, insult keçirmiş, qan dövranı pozulmuş şəxslər, şəkər xəstələri müraciət edir.
BBSM-dən Aztibb.az-a verilən xəbərə görə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-ın tabeliyində fəaliyyət göstərən 6 nömrəli Şəhər Poliklinikasında 5 nəfər 1-ci qrup, 2 nəfər isə 2-ci qrup görmə qabiliyyəti məhdud olan şəxslər əmək fəaliyyəti ilə məşğuldur. Onlardan 6 nəfəri masaj üzrə tibb bacısı və tibb qardaşı vəzifələrində, 1 nəfəri isə müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifələrində işləyir. Həmin şəxslərdən biri də Cəfərova Firuzə Siyasət qızıdır.
Firuzə Cəfərova 1960-cı ildə Neftçala rayonunda anadan olub. Orta təhsilinə Neftçala rayonunda başlayan F.Cəfərova daha sonra təhsilini Bakı şəhərində yerləşən gözdən əlil uşaqlar üçün olan Respublika İnternat Orta Məktəbində davam etdirib, daha sonra isə müalicəvi masaj üzrə təhsil alıb.
F.Cəfərova 1-ci qrup görmə qabiliyyəti məhdud olan şəxsdir. O, 1992-ci ildən 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində fəaliyyət göstərir. Həmsöhbətimiz fəaliyyət göstərdiyi 30 il ərzində həmişə doğma kollektivdən hörmət gördüyünü, həmkarlarının ona qarşı xüsusi həssaslıqla yanaşdığını deyir:
“Artıq 30 ildən çoxdur ki, bu poliklinikada işləyirəm. İndiyədək 7 baş həkim dəyişib, hər birindən də özümə və həmkarlarıma qarşı diqqət və qayğı görmüşəm. Məndən başqa bu poliklinikada 6 nəfər də görmə qabiliyyəti məhdud olan şəxslər işləyir. Onlardan bir neçəsi işə yeni qəbul olunub. Nəinki müəssisə rəhbərinin, şöbə müdirlərinin, digər həkim heyətinin də münasibətindən razıyıq. Əmək haqqımız da qənaətbəxşdir. Bilirik ki, rəhbərlik tərəfindən sosial vəziyyətimizin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu 30 il ərzində pasiyentlərlə bağlı da çox yaddaqalan xatirələrim olub”.
F.Cəfərova qeyd edib ki, görmə qabiliyyəti məhdud olan şəxslərin barmaqlarının balınclarında reseptorlar güclü olur. Bizim əlimizdə müsbət biotoplar çoxdur. Biz xəstənin ağrı yerinin nöqtəsini bu reseptorlar vasitəsilə daha dəqiq müəyyən edə bilirik.
Bu bölməyə aid digər xəbərlər
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
24.08.2026 | 22:35
Dəridə yazı kimi izlər niyə yaranır? Dermatoqrafizm haqqında
24.08.2026 | 21:27
Ayurvedik qidalanma sağlamlıq üçün nə dərəcədə faydalıdır?
24.08.2026 | 19:15
Saç mezoterapiyası haqqında 5 vacib məqam
24.08.2026 | 18:09
Ürək çatışmazlığının diaqnostikasında BNP-nin rolu
24.08.2026 | 17:12
Bu yaşda yeniyetmə qızların beynində dəyişikliklər baş verir - Valideynlərin diqqətinə!
24.08.2026 | 15:20
Appendisit: əlamətləri nələrdir?
24.08.2026 | 09:45
Hicama: ənənəvi üsul haqqında müasir tibbin yanaşması
23.08.2026 | 20:49
Qaraciyər yağlanması ilə piylənmə arasındakı əlaqə
23.08.2026 | 19:50
Qadın sağlamlığı üçün yaşa görə vacib müayinələr
23.08.2026 | 18:49
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
15.08.2026 | 09:15
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 | 11:38
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
15.08.2026 | 14:09
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
15.08.2026 | 13:35
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
15.08.2026 | 12:52
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
21.08.2026 | 08:20
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
15.08.2026 | 09:34
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
18.08.2026 | 13:12

