Müasir dövrümüzdə ən geniş yayılmış süd vəzi xəstəliklərinə əksər qadınlar biganə yanaşır  
25.06.2023 08:00
Müasir dövrümüzdə ən geniş yayılmış süd vəzi xəstəliklərinə əksər qadınlar biganə yanaşır. Müşahidələr göstərir ki, qadınlar ev şəraitində süd vəzində törəmələrin əlamətlərinə rast gəlsələr belə heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər.
 
Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 7 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Ramilə Əliyevanın sözlərinə görə, belə olan təqdirdə xəstəlik ağırlaşır və nəticə heç də ürəkaçan olmur. Mütəxəssis bildirir ki, süd vəzi xəstəliklərinin vaxtında aşkarlanmasında və onun ağır fəsadlarının qarşısının alınmasında qadınların ərazi üzrə poliklinikalara zamanında müraciət etmələri olduqca mühüm rol oynayır:
 
“Xəstə ilə söhbət edərkən anamnez məlumatlarından məlum olur ki, qadınlar süd vəzində törəməni özləri aşkar etsələr də (yuyunarkən), heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər. Daha çox sümüklərində ağrı, dəridə hər hansı bir qızartı simptomları yaranarkən məcburiyyət qarşısında qalaraq poliklinikaya üz tuturlar. Lakin bu mərhələdə xəstələrə tətbiq olunan müalicə müsbət nəticə vermir”.
 
Həkim-onkoloq xəstəliyin vaxtında aşkarlanması və erkən müdaxiləsi məqsədilə xanımların ildə ən azı 2 dəfə, hər 6 aydan bir USM müayinəsindən, 35 yaşından yuxarı olanların isə süd vəzində törəmə şübhəsi varsa, mütləq MMQ-dan keçmələrini tövsiyə edib.
 
Ramilə Əliyeva bildirib ki, faktiki olaraq bu gün ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrimizə (poliklinikalara) 55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə ( IV mərhələdə) müraciət edir. Onlarda daha çox gərginlik, ağrı və sancı simptomları müşahidə olunur. Bəzən isə bu xəstəlik heç bir əlamət olmadan inkişaf edir. Təbii ki, bu zaman vaxtında müdaxilə edilməməsi çox ciddi fəsadlara səbəb olur.
 
Mütəxəssisin sözlərinə görə, onlar hər zaman süd vəzilərinin simmetriyasına (gilələrin içəriyə girib-girməməklərinə) fikir verməli və hər hansı asimmetriya müşahidə edildikdə dərhal həkimə müraciət etməlidir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır