"Yüksək xolesterol və diabet xəstələrinin təxminən 80 %-i qaraciyər piylənməsindən əziyyət çəkir" - Tofiq Əkbərov
22.06.2023 12:21
Tərkibində bir çox qatqılar əlavə edilmiş yarımfabrikat qidaların, “fast food” yeməklərinin, spirtli içkilərin, hərəkətsizlik, yaşayış mühiti və yaxud çalışdığınız işin qaraciyərin piylənməsinə səbəb ola bilər.
Əksər hallarda bu xəstəlik heç bir şikayətin olmadığı halda, təsadüfən ortaya çıxır. Qan testləri və ya ultrasəs və digər müayinələr zamanı aşkar edilir.
 
Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin həkim-hepatoloqu Tofiq Əkbərov məlumat verib.
 
Həkim bildirib ki, piylənmə artıqca qaraciyərin iltihablanmasına və sərtləşməsinə səbəb olur. Əvvəlcə yorğunluq və halsızlıq özünü göstərir. Daha sonra hepatit, qaraciyərin sirrozu və xərçəngi kimi xəstəliklər inkişaf edə bilir.
 
Onun sözlərinə görə, yüksək xolesterol və diabet xəstələrinin təxminən 80 %-i qaraciyər piylənməsindən əziyyət çəkir və hər 3 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Bu səbəbdən risk altında olanlar qan testləri və radioloji üsullarla yoxlanılmalıdırlar.
 
"Piylənmənin aşkarlanması üçün ultrasəs müayinəsi ən sürətli və praktik üsuldur. Lakin qaraciyərin sərtlik dərəcəsini ölçən elastoqrafiya qaraciyərin müayinəsi üçün daha effektivdir.
Xəstəliyin müalicəsi uzunmüddətli aparılır. Bəzi qida məhsullarından tam və ya qismən imtina etmək, xüsusi pəhriz və idman proqramı təyin olunur.
 
Xəstə karbohidratla zəngin məhsulları, doymuş yağ ehtiva edən qidaları azaltmalı, pəhrizə keçməli, axşam saat 19:00-dan sonra yeməyi dayandırmalı və gündə ən azı yarım saat piyada gəzməlidir", - deyə Tofiq Əkbərov qeyd edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır