"Xəstələrin tənəffüsünün dayandığı acil durumlarda ən optimal variant endotraxeal intubasiyadır" - Anestezioloq
17.06.2023 16:41

Xəstələrin tənəffüsünün dayandığı və yetərsiz olduğu acil durumlarda hava yolunun intubasiyası tətbiq olunur. Bunun üçün optimal variant endotraxeal intubasiyadır.

 

Bu barədə Aztibb.az-a Binəqədi Tibb Mərkəzinin həkim anestezioloq-reanimatoloqu Ramiz Vəliyev məlumat verib.

 

Onun sözlərinə görə, təcrübəli bir anestezioloqun larinqoskop istifadə edərkən, 3 cəhd və 10 dəqiqədən artıq vaxt ərzində intubasiyanı gerçəkləşdirməməsi "çətin intubasiya" adlanır.

 

Həkim qeyd edib ki, çətin intubasiyaların 7%-i qadın doğum cərrahiyyəsində rast gəlinir. Anatomik quruluşda problemi olan, çənə və boyun quruluşunda problem olan, diş və çəki problemi, saqqal və bığ, xoruldama və sair olan xəstələrdə intubasiyanı təxmin etmək olur. Mallampati deyilən bir siniflənmə vardır ki, orofarinksin quruluşuna əsasən 4 dərəcəyə bölünür. Mallampati dərəcəsi 2-dən böyük olarsa, çətin intubasiya ilə qarşılaşacağınıza hazır olmalısınız.

 

"Əgər larinqoskopla cəhdləriniz alınmırsa, laringeal maska, bronxoskop, video larinqoskopdan istifadə etmək lazımdır.

 

Video larinqoskopda mikro kamera sayəsində görüntü səs tellərinin bir neçə santimetr uzağından əldə edilərək monitora ötürülür. Dolayısıyla, səs tellərinin dəqiq görüntüsü eldə edilir ki, bu da çətin intubasiyanı asanlaşdırır, boyunun geri hərəkət etdirilməsinə və dil kökünün yuxarı qaldırılmasına ehtiyac qalmır və intubasiya prosesinin müddəti qısalır", - deyə Ramiz Vəliyev bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır