İnsan sağlamlığına ziyan vuran yuxusuzluq – Həkim səbəblərini izah edib
16.06.2023 09:29
Yuxusuzluq bir çox insanı narahat edən problemlərdən birinə çevrilib. Bu hal uzun müddət davam edərsə, sağlamlıq üçün bir sıra fəsadlar ortaya çıxara bilər.
Kliniki Tibbi Mərkəzin kəkim-nevroloqu Aydan Sultanova Aztibb.az-a yuxusuzluğun yaranma səbəbləri, yaratdığı problemlər və normal yuxu rejimi haqda fikirlərini bildirib.
Həkim qeyd edib ki, keyfiyyətli gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir. Statistikaya görə, yuxusuzluğa (insomnia) 30 faiz kişilərdə, 37 faiz qadınlarda rast gəlinir. Yuxu norması 18 yaşdan 64 yaşadək şəxslərdə 7-9 saat, 65 yaşdan yuxarı şəxslərdə isə 7-8 saatdır. Yeniyetmələr, yəni 14-17 yaş arası şəxslərdə isə bu, 8-10 saat təşkil edir. Orqanizmin tam bərpası üçün ən azı 7 saat lazımdır. "Çox qısa yuxu" adlandırılan yuxu 6 saatdan az davam edən yuxudur.
Onun sözlərinə görə, yuxusuzluğun orqanizmə bir sıra mənfi təsirləri var: “Onlara beyin fəaliyyətinin (diqqətin, yaddaşın, qavramanın) enməsi, immunitetin aşağı düşməsi (tədqiqatlara görə, kəskin respirator xəstəliklərə yoluxma riski 3 dəfə artır), insultun, ürək-damar xəstəlikləri riskinin artması, insulin dirənci, şəkərli diabet riskinin artması, artıq çəkinin yaranması, depressiv halların, suicidal fikirlərin artması kimi problemlər aiddir”.
A.Sultanova yuxusuzluğun bir neçə səbəbinin olduğunu söyləyib: “Bunlara misal olaraq, güclü stres, əsəbilik, depressiya, psixi pozuntular, alkoqolun, narkotik, psixotrop dərmanların qəbulu, müxtəlif lokalizasiyalı xroniki ağrılar, somatogen xəstəliklər (aritmiyalar, mədə-bağırsaq xəstəlikləri, endokrinoloji xəstəliklər və s.), vaxt və zonaların dəyişdirilməsi, səyahət, iş rejimi (gecə növbələri) kimi halları göstərmək olar. Həmçinin elektron cihazların çox istifadəsi beyini çox stimulyasiya edir. Narahat şərait - çox isti, çox soyuq hava, səs-küy, çox işıqlı məkan, çox yumşaq və ya sərt döşək, hamiləliyin son trimestri kimi hallar da yuxusuzluğun ortaya çıxmasına səbəb ola bilər”.
Həkim normal yuxunun bərpası üçün məsləhətlərini də verib: “Emosional gərginlikdən uzaq durmaq, son qida qəbulunun yuxudan 3 saat əvvəl olmasına diqqət etmək, axşamlar kofedən, tünd çaydan, alkoqoldan imtina etmək lazımdır. Temperatur, rütubət, sakitlik, qaranlıq kimi halları nəzərə alaraq komfort şərait yaratmaq effektlidir. Rəqəmsal detoks, yəni yuxuya getməzdən 1.5 saat əvvəl bütün qadjetlərden, televizordan uzaq durmaq lazımdır. Yuxu ritualını duş qəbulu, pijama, yüngül masaj rejiminə uyğunaşdırmaq olar. Yuxusuzluğun müalicə metodları çoxdur, lakin peşəkar yanaşma olmasa, effektivliyi və keyfiyyəti az olacaq”.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

