Tədqiqat: Ölümdən dönən insanlar unutduqlarını qısaca xatırlayırlar
15.06.2023 11:30

Yeni araşdırmada, ölümdən anında qayıdan insanların yaddaşının daha aydın olduğu və unutduqları xatirələri xatırladığı müəyyən edilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan son araşdırmanın bir hissəsi olaraq, ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçıları həyat dəstəyindən çıxarıldıqdan sonra infarkt keçirən dörd koma xəstəsindən ikisinin beyin fəaliyyətinin artdığını müəyyən ediblər.

 

Ürəyi müəyyən müddət dayanan və həyata qayıdan insanların beyin fəaliyyətlərinin araşdırılması nəticəsində demans xəstələri kimi bəzi insanların unudulmuş xatirələrini qısa müddətdə xatırladığı müəyyən edilmişdir.

 

2017-2020-ci illər arasında ABŞ və İngiltərədə CPR sonrası həyata qayıdan 500-dən çox xəstənin müşahidə edildiyi AWARE II adlı araşdırmada fərdlərin beyin fəaliyyətlərində artım müşahidə edilib.

 

AWARE II komandasının lideri Sam Parnia, "Öldüyünüz zaman beyniniz oksigen və qida maddələrindən məhrum olur, ona görə də fəaliyyətini dayandırır. Bu bağlanma beyninizin normalda çata bilməyəcəyiniz hissələrinə giriş imkanı verir, ağıl aydınlaşır”, - ifadələrini deyib.

 

Tədqiqat qrupundan olan Jimo Borjigin isə bu xəstələrin beynində ayıqlıq, diqqət və xatırlama ilə əlaqəli qamma dalğalarında artım müşahidə edildiyini söyləyib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır