BDİL sindromu bədir? Əlamətləri, səbəbləri və müalicəsi
11.06.2023 08:43

Bətndaxili inkişafın ləngiməsi (BDİL) perinatal xəstələnmə və ölümün, həmçinin neonatal dövrdə adaptasiya pozğunluğunun ən çox rast gəlinən səbəblərindən biridir.

 

Binəqədi Tibb Mərkəzinin həkim-neonatoloqu Məlahət Məmmədova Aztibb.az-a bildirib ki, müasir dövrdə bətndaxili böyümə və inkişafın pozulması probleminə xüsusi diqqət yetirilir.

 

Onun sözlərinə görə, ana bətnində dölün hestasiya yaşına uyğun olmayaraq inkişafının geri qalmasına BDİL sindromu deyilir. Azərbaycanda bu sindrom yenidoğulmuşların 8-10 %-də təsadüf olunur.

 

Həkim qeyd edib ki, BDİL sindromunun diaqnozunda aşağıdakı hallar nəzərdə tutulur:

Etioloji faktorlar və risk vəziyyəti
Klinik variantlar
Ağırlıq dərəcəsi

 

M.Məmmədova bildirib ki, müalicənin xarakteri və həcmi ağırlaşmaların olmasından və yanaşı xəstəliklərin olmasından asılıdır:

 

"BDİL sindromu ilə doğulan uşaqlar həyatının sonrakı illərində pediatr, nevropatoloq, psixoloq və digər mütəxəssislərin nəzarəti altında olmalıdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır