PK pnevmokok infeksiyasına qarşı peyvənddir
02.06.2023 15:31
PK peyvəndi pnevmokok infeksiyasına qarşı istifadə olunan peyvənddir.
 
Aztibb.az Bakı Baş Səhiyyə Mərkəzinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, pnevmokok – pnevmoniya və meningit kimi kəskin - infeksion xəstəliklər və onların ağır fəsadlarına səbəb ola bilən bakteriyadır. 90-dan çox pnevmokok növü məlumdur. Onlardan bəziləri otit, sinusit, pnevmoniya, meningit və sepsis kimi infeksiyalara səbəb olur.
 
Pnevmokok infeksiyası pnevmokoklar tərəfindən törədilən qulaq, ağciyər, qan və beyin infeksiyalarına səbəb olan təhlükəli infeksiyadır. Bu infeksiya hava damcı yolu ilə öskürmə, asqırma zamanı yayılır. Bəzi uşaqlarda infeksiyanın əlamətləri aydın müşahidə edilməsə də, onların burun boşluğu və boğazlarında bakteriya ola bilər və ondan infeksiyanı yaya bilər.
 
Pnevmokok infeksiyasının təsir göstərdiyi bədən üzvdən asılı olaraq aşağıdakıları əhatə edir:
 
1) Ağciyər infeksiyasına səbəb olan pnevmokok infeksiyasının əlamətləri
• Qızdırma
• Nəfəsalmanın tezləşməsi və çətinləşməsi
• Sinədə ağrılar
 
2) Orta qulaq infeksiyasına səbəb olan pnevmokok infeksiyasının əlamətləri
• Qulaq ağrıları
• Qızıdırma və yoluxuculuq
 
3) Meningitə səbəb olan pnevmokok infeksiyasının əlaməti
• Boyun əzələlərinin gərginliyi
• Baş ağrısı
• Yüksək qızdırma
• İşığa qarşı həssaslıq
• Sayıqlığın azalması
• Qusma
 
Xüsusilə, 2 yaşa qədər uşaqlarda bu xəstəlik ciddi ağırlaşmalara, əlilliyə və ölümə səbəb ola bilər. Belə olan halda uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır