Mərkəzi Gömrük Hospitalı Gəncə Uşaq Evində tibbi sosial aksiya keçirib
02.06.2023 12:40

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində yerləşən Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirilib. 

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

  

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Gəncə Uşaq Evinin sakinlərini Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, ən xoş arzularını bildirib. O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən tibbi sosial aksiyalar barədə danışaraq, bu tədbirlərin davamlı olacağını qeyd edib. İsmayıl Əfəndiyev deyib: “Uşaqları müayinə etmək üçün Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri: pediatrlar, uşaq nevroloqları, psixoloq, uşaq cərrahı, kardiolq, ginekoloq, oftolmolaqlardan ibarət yüksəkixtisaslı  həkim briqadası bu aksiya çərçivəsində uşaqları müayinə edəcək,  onlara hədiyyələr təqdim edəcəklər. Aksiya çərçivəsində aktual mövzular olan narkotik vasitələr barədə, ilan sancması və zədələnmələr  zamanı ilk tibbi yardımın göstərilməsi kimi maarifləndirici təlimlərin  də keçirilməsi nəzərdə tutulub”.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev bu sosial tibbi aksiyanın keçirilməsinə göstərdikləri dəstəyə görə başda  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olmaqla, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının həkimlərinə minnətdarlığını bildirib. Qeyd edib ki, uşaqları “milli sərvət” adlandıran Prezident İlham Əliyevin rəhbərliyi ilə bu uşaqlar hələ qarşıda daha gözəl günlər keçirəcəklər. 

 

Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin  Mərkəzi Hospitalının rəhbərliyinə, tibbi sosial aksiyada iştirak edən tibb işçilərinə təşəkkürünü bildirib. O, deyib: “Bütün dünyada qeyd edilən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə də əlamətdar bayram kimi keçirilir və Azərbaycanda gələcəyimiz olan uşaqların hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilir. Onların sağlamlığı, inkişafı və yaxşı təhsil almaları üçün böyük layihələr həyata keçirilir. Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum uşaqlar dövlətin himayəsi altında böyüyür və onlara xüsusi diqqət, qayğı göstərilir. Bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının yüksəkixtisaslı həkimlərinin bizim uşaqları müayinə etməsi təqdirəlayiqdir”.

 

Tədbirin rəsmi açılış hissəsindən sonra Gəncə Uşaq Evinin sakinləri bədii kompozisiya ilə çıxış edib, şeir deyib, mahnılar ifa edib, rəqs ediblər.

 

Tibbi aksiyadan sonra Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev narkotik vasitələrin və psixotrop maddələrin ziyanı barədə, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ilk yardım qaydaları barədə, Mama-ginekologiya  şöbəsinin rəisi Təranə Bayramova qızlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, uşaq cərrahı Toğrul Piriyev oğlanlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə sağlam həyat tərzinin təbliği və tütün istifadəsi ilə bağlı Uşaq Evinin müəllimləri, tərbiyəçiləri və sakinləri üçün təlimlər keçiriblər.

 

Mərkəzi Gömrük Hospitalının həkimləri Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş 100-ə yaxın uşağı kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinə ediblər, məsləhətlərini veriblər və hər birinə kitab hədiyyə ediblər.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar