Son dövrlərdə uşaqlarda fiziki inkişafın ləngiməsi halları ilə bağlı müraciətlər artıb - Flora Alcanova
31.05.2023 16:50
İlkin səhiyyə xidməti müəssisələrində uşaqlarda boy hormonu çatışmazlığını müəyyən etmək üçün müxtəlif testlər keçirilir. Məhz bu testlər nəticəsində uşaqlarda fiziki inkişafın ləngiməsinin səbəbləri daha tez öyrənilir.
 
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanova Aztibb.az-a bildirib ki, son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlərın artdığını bildirib. Onun sözlərinə görə, uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var. Bunlardan uşaqlarda olan hər hansı xroniki xəstəliklər, onların qeyri-rasional (bitərəfli) qidalanması, orqanizmdə qurd invaziyaları, fiziki hərəkətsizlik (hipodinamiya), psixoloji travmalar, boy hormonu defisiti, irsiyyət və. səbəbləri göstərmək olar.
 
Həkim-endokrinoloq bildirib ki, ilkin səhiyyə xidməti müəssisələrinə müraciət zamanı uşaqların boyu ölçülür, persentil cədvəllərinə (uşaqların böyümə cədvəlləri) əsasən, ehtiyac yaranarsa boy hormonu analizi verilir və bir sıra vacib tədbirlər görülür:
 
“STH – boy hormonudur. Uşaqlarda boy hormonu bədəndə hipofiz vəzində ifraz olunur. Bundan əlavə, insulinəbənzər boy faktoru isə qaraciyərdə ifraz olunur. Biz analara başa salırıq ki, belə hallarda laborator analizlərdən keçsinlər, insulinəbənzər faktor 1 yoxlanılır və əsas sümüklərin (sol mil bilək sümüyünün) rentgenoqrafiyası aparılır, bununla da pasport yaşı ilə sümük yaşı analiz olunur”.
 
Flora Alcanova qeyd edib ki, boya təsir edən faktorlar çoxdur:
 
“Uşaqlarda fiziki inkişafın ləngiməsini araşdırmaq üçün tireotrop hormonu da yoxlanılır. Bundan başqa, sümüklərdə defisitlər, genetik defektlər də təsir edən amillər sırasına daxildir, bazu sümüklərində xondrodisplaziya (anadangəlmə sümük sisteminin xəstəliyidir, genetikdir, boy hormonundan asılı deyil) ola bilər.
 
Həmçinin böyrəküstü vəzin disfunksiyaları da boya təsir göstərə bilər. Belə ki, erkən cinsi inkişaf dövründə boyartımı əvvəl normal gedir, amma pubertat (yetişkənlik zamanı) dövründə isə somatotrop hormonu az olduğuna görə, sümüklər tez bağlanır və nəticədə bu uşaqların boyuna mənfi təsir göstərir.
 
Bundan başqa, kuşinq sindromu, mədə-bağırsaq xəstəlikləri (kron xəstəliyi - qida qəbulunda fermentlər çatışmır, qida yaxşı sovrulmur), sümük sınıqları, genetik xəstəliklər, ata-ananın bəstəboyluğu da boya təsir edən amillər sırasındadır".
 
Mütəxəssis onu da vurğulayıb ki, AR Milli Məclisi tərəfindən qəbul edilmiş qərara əsasən, uşaqlar boy hormonu ilə pulsuz təmin olunurlar. Bunun üçün onlar müayinə üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə göndərilir, orda müvafiq yoxlanışlardan sonra uşaqlara norditropin təyin olunur.
 
Endokrinoloqun sözlərinə görə, norditropin bir qədər bahalı preparat olması səbəbindən valideynlər onu almaqda çətinlik çəkir. Buna görə də preparatın dövlət tərəfindən pulsuz təmin olunması uşaqların inkişafı üçün böyük stimuldur.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır