Bilməli olduğumuz tibb terminləri: Palliativ yardım
18.05.2023 13:28

Palliativ (latın palio - örtürəm, qoruyuram) yardım (PY) – ixtisaslaşmış tibbi müalicə məhdud nəticələr verdiyi zaman sağalmaz xəstəlik diaqnozu qoyulmuş xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə xəstələrə və onların ailə üzvlərinə göstərilən çoxsahəli xidmətlərin əlaqələndirilmiş, uzlaşdırılmış sistemidir.

Aztibb.az palliativ yardım xidmətinin qısa izahını təqdim edir.

2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) PY-ın tərifini genişləndirmişdir: “Palliativ yardım ağrı və digər fiziki, psixo-sosial və mənəvi problemlərin erkən aşkar edilməsi, düzgün qiymətləndirilməsi və müalicəsi vasitəsilə əzab-əziyyətin qarşısının alınması və yüngülləşdirilməsi ilə həyat üçün təhlükəli olan xəstəliklə bağlı problemlərlə üzləşən xəstələrin və onların ailələrinin həyat keyfiyyətini yaxşılaşdıran bir yanaşmadır”.

Bu prosesdə xəstələrin istək və arzuları, habelə sosial, psixoloji və mənəvi-ruhi ehtiyacları əsas götürülür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün PY-a ən çox ehtiyac yaradan geniş yayılmış xəstəliklər və vəziyyətlərin siyahısı tərtib edilib:

Böyüklərlərdə: Alzheymer və digər demensiyalar, xərçəng, ürək-damar xəstəlikləri (qəfləti ölüm istisna olmaqla), qaraciyər sirrozu, xronik obstruktiv ağciyər xəstəliyi, şəkərli diabet, İİV/QİÇS, böyrək çatışmazlığı, dağınız skleroz, Parkinson xəstəliyi, revmatoid artrit və dərmana davamlı vərəm.

Uşaqlarda: xərçəng, ürək-damar xəstəlikləri (qəfləti ölüm istisna olmaqla), qaraciyər sirrozu, anadangəlmə anomaliyalar (ürək qüsurları istisna olmaqla), qan xəstəlikləri və immunoloji pozuntular, meningit, böyrək xəstəlikləri, nevroloji və neonatal xəstəliklər.

Palliativ yardım, xəstəliyin müalicəsi mümkün olmadığı halda, təngnəfəslik, ürəkbulanma və qusma da daxil olmaqla xəstəliyin əlamətlərinin yüngülləşməsinə kömək edir. Bundan əlavə, palliativ yardıma ehtiyacı olan xəstələr mənəvi və emosional dəstək, psixososial yardım, ümumi və xüsusi qayğı və s. xidmətlərlə əhatə olunmalıdır.

Palliativ yardım, ona ehtiyacı olan insanın qalan ömrünün keyfiyyətinə diqqətin cəmlənməsi deməkdir. Bu zaman xəstəyə göstərilən qulluq ən mühüm yer tutur. Xəstəyə qulluq xəstənin hərtərəfli yardımın göstərilməsinin ayrılmaz və vacib hissəsidir.

Düzgün qurulmuş qulluq müvəffəqiyyətin 50%-dən az olmaması deməkdir, çünki xəstənin əhvalı və psixoloji vəziyyəti palliativ qulluq zamanı uğurlu müdaxilələrin aparılmasında son dərəcə vacibdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Qazaxda ana və körpənin həyatı xilas edilib
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub