Qripə qarşı universal peyvəndin klinik sınaqları başlayır
18.05.2023 11:26

Bu faza 1 sınağı yeni universal qripə (H1ssF-3928 mRNA-LNP) qarşı eksperimental peyvəndi təhlükəsizlik və onun immun reaksiya yaratmaq qabiliyyətini öyrənmək üçün sınaqdan keçirəcək.

Aztibb.az planet-today.ru-ya istinadən yazır ki, ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) Peyvənd Tədqiqat Mərkəzinin (VRC) tədqiqatına 18-49 yaş arası 50-yə qədər sağlam könüllü cəlb olunacaq. Tədqiqat iştirakçılarının üç qrupu (hər biri 10 nəfər) müvafiq olaraq 10, 25 və 50 mikroqram eksperimental vaksinlə peyvənd olunacaq.

Tədqiqata cari dördvalentli mövsümi qrip peyvəndini alacaq bir qrup iştirakçı da daxil olacaq. Bu, tədqiqatçılara peyvənd namizədinin immunogenliyi və təhlükəsizliyi ilə mövcud mövsümi qrip vaksinləri arasında birbaşa müqayisə aparmağa imkan verəcək.

Peyvənddən sonra bir il ərzində vaksinin təhlükəsizliyini (və ikinci növbədə onun effektivliyini) qiymətləndirmək üçün iştirakçılar mütəmadi olaraq monitorinq olunacaqlar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər