Varikozu olan xəstələrə nələr tövsiyə edilmir? Uzman həkim AÇIQLADI
20.05.2023 11:46
Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev varikozu olan xəstələrə nələrin tövsiyə edilmədiyini açıqlayıb.
 
Aztibb.az həmin tövsiyələri təqdim edir:
 
- Hündürdaban ayaqqabılara üstünlük verməmək;
- Spirtli içkilərdən uzaq olmaq. Spirtli içkilər damarın genişlənməsinə səbəb olur;
- Saunalar və isti hamamlar. Yüksək hərarət damarların daha da genişlənməsinə səbəb olur. Hamam və sauna patoloji olaraq genişlənmiş damarlarda yükün artmasına gətirib çıxarır və beləliklə, ayaqlarda qan axınına çətinlik yaradır;
- Yüksək istilik təsiri ilə istifadə olunan epilyasiya prosedurları. Skleroterapiyanın seanslarından sonra bir müddət ayaqların lazer epilyasiyasını həyata keçirməyə icazə verilmir;
- Damar ulduzcuqları olan nahiyəyə tatu (döymə) vurdurmaq;
- Çox dar geyimlər geyinmək. Bu, aşağı ətraflarda qan dövranının pozulmasına səbəb olur;
- Varikozu olan insanlara ayağı ayaq üstünə aşırıb oturmaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır