Yuxunun sağlamlığımıza təsirləri
15.05.2023 11:00
Həftənin ilk iş günü yuxudan durub, işə gəlməyin kifayət qədər çətin olduğunu nəzərə alaraq, oxuculara yuxunun sağlamlığımıza təsirləri ilə bağlı qısa məlumat verəcəyik.
Sağlam həyat tərzinin ən vacib komponentlərindən biri məhz sağlam yuxunun təmin edilməsidir. Yetkin insan orta hesabla sutkada 7-8 saat yatmalıdır. Lakin keyfiyyətli zaman seçimi də mühüm rol oynayır.
Aztibb.az xəbər verir ki, 20 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Günel Fətəliyevanın sözlərinə görə, keyfiyyətli yuxu rejimi üçün gecə saat 00:00-03:00 aralığında yuxuda olmaq və səhər erkən oyanmaq vacibdir - təqribən 00:00-07:00 aralığı:
“Yuxu rejiminin düzgün qurulmasının insan orqanizminə bir çox faydaları var. Belə ki, sağlam yuxu mərkəzi sinir sisteminin özünü bərpa etməsinə, diqqət, konsentrasiya, yaddaşın güclənməsinə, immun sisteminin möhkəmlənməsinə, bir sıra xəstəliklərin qarşısının alınmasına, yorğunluq və stressin aradan qalxmasına, həzm, mübadilə proseslərinin yaxşılaşmasına, piylənmənin qarşısının alınmasına, sümük və əzələlərin güclənməsinə, dərinin təravətlənməsinə və s. səbəb olur”.
Yuxunun keyfiyyətli olması üçün bir sıra şərtlərə əməl etmək tövsiyə olunur:
Axşam yeməyində yüngül qidalara üstünlük vermək;
Yuxudan öncə çay, qəhvə, qazlı içkilər yerinə süd və ya meyvə şirəsi içmək;
Yuxudan 2-3 saat əvvəl alkoqollu içki və siqaret istifadəsini məhdudlaşdırmaq;
Yuxudan 1-2 saat əvvəl yürüş etmək, yatmadan öncə ilıq duş qəbul etmək;
Gündüz saatlarında ən çox 30 dəqiqə mürgüləmək məsləhətdir;.
Yataq otağı qaranlıq, sakit və bir qədər sərin olmalıdır;
Yatmaq vaxtından 90 dəqiqə əvvəl televizor, mobil cihazları izləmək olmaz.
Həkim qeyd edib ki, sağlam yuxunun təməlində yuxu rejimi də çox önəmlidir. Yuxuya getmək və yuxudan oyanmaq saatları stabil olmalıdır!
Bu bölməyə aid digər xəbərlər
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

