Epilepsiyanın müalicəsində istifadə edilə bilən yeni cihaz hazırlanıb
12.05.2023 15:53

 

İsveçrə alimləri epilepsiya xəstəliyinin müalicəsində istifadə oluna biləcək yeni cihaz hazırlayıblar.

 

Aztibb.az-ın https://medimagazin.com.tr-yə istinadla xəbərinə görə, yumşaq robot texnologiyası və aktivləşdirmə təcrübələrindən istifadə edən alimlərin hazırladıqları yumşaq elektrodun epilepsiya və bəzi nevroloji xəstəliklərin müalicəsində istifadə olunacağı bildirilib.

 

“Science Robotics” jurnalında dərc olunan araşdırma, beyin fəaliyyətini təhlükəsiz və daha az müdaxiləli şəkildə izləmək imkanı təklif edir.  Yeni yaradılmış elektrod kəllədəki kiçik dəlikdən keçə bilir və beynin səthinə yerləşdirilir.

 

Altı qolu silindrik kapsulda gizlədilmiş elektrod son dərəcə yumşaq və kiçik olduğu üçün kəllədəki 1,2 santimetr diametrli dəlikdən keçə bilir.

 

Kəllədən daxil edilən elektrodun qanadları bir-bir açılır. Tamamilə açıldıqdan sonra dörd qat böyüklüyünə çatan cihaz onu beyin qabığına yerləşdirir.

 

Cihazın yumşaq materialı incə beyin toxumasına təzyiqi minimuma endirmək üçün nəzərdə tutulub. Materialın elektriklə aktiv olması beyindən gələn məlumatların qeydə alınmasını təmin edir.

 

Qurğunun epilepsiya xəstələrində epilepsiya tutmalarını qeyd etmə xüsusiyyəti sayəsində məlumat toplayaraq müalicə ilə bağlı mühüm məlumatlar verəcəyi bildirilir.

 

Donuzlar üzərində uğurla sınaqdan keçirilən elektrod İsveçrənin tibbi cihaz istehsalçısı Neurosoft Bioelectronics tərəfindən istehsal olunacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub