İlk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın - Nigar Şıxlinskaya  
12.05.2023 10:57
İlk azərbaycanlı şəfqət bacısı olan Nigar Şıxlinskaya birinci dünya müharibəsinin iştirakçısı olub. O, 1878-ci ildə Tiflisdə anadan olub. Nigar Şıxlinskaya Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk ali təhsilli azərbaycanlı qadındır. Nigar xanım rus, fransız, ərəb və fars dillərinin mükəmməl bilicilərindən olub.
 
Aztibb.az-ın xəbərinə görə, 46 yaşlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım 1909-cu il 27 oktyabr tarixində onunla ailə həyatı qurub.
 
Birinci dünya müharibəsinin iştirakçısı olan xanım general Ə.Şıxlinskinin həyat yoldaşı kimi 1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilib. O, yaralı əsgərlərə tibbi yardım göstərib, yaralılara kömək olaraq onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazıb. Nigar xanımın rəhbərlik etdiyi xəstəxana sonradan məşhurlaşıb və ora "Şıxlinski xəstəxanası” deyilib. 
 
Nigar Şıxlinskaya, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri olub.

1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti”nin banisi olub. Həmçinin Nigar xanım məqalələr yazıb, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyub.

Əliağa Şıxlinski öz xatirələrində yazıb: "Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olub".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır