Yoğun bağırsağın bədxassəli şişləri xəstələrin həyatı üçün olduqca təhlükəlidir - Proktoloq
11.05.2023 10:18
Düz bağırsaq xəstəlikləri arasında proktoloq həkimlər daha çox babasillə rastlaşırlar. Ağırlaşmamış hallar az invaziv (kəsiksik) və medikamentoz (dərman ilə) yolla müalicə edilir. Ağırlaşmış mərhələ isə cərrahi müdaxilə tələb edir.
 
Bu barədə Aztibb.az-a Buta Hospitalın cərrah-proktoloq, endoskopisti Anar Əliyev məlumat verib.
 
Həkim bildirib ki, babasilin tromb əmələ gəlmə, proktit, paraproktit, kolit kimi bir çox fəsadları mövcuddur. Bundan əlavə, xəstəlik zamanı bağırsaq motorikası pozulur, selikli qişa zədələnir.
 
Anar Əliyevin sözlərinə görə, yoğun bağırsağın bədxassəli şişləri xəstələrin həyatı üçün olduqca təhlükəlidir. Onlar erkən vaxtlarda, əlamətlərin açıq şəkildə nəzərə çarpmadığı mərhələdə aşkarlandıqda sağalma ehtimalı yüksək olur. Bu səbəbdən müntəzəm olaraq proktoloq müayinəsindən keçmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır