Harvard Universiteti: Kola erkən ölüm riskini 20 faiz artırır
25.04.2023 16:52

Harvard Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, kola əvəzinə qəhvə və ya çay içmək vaxtından əvvəl ölüm riskini xeyli azaldır.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, araşdırmada kolanın sağlamlığa zərərli olduğu və vaxtından əvvəl ölüm nisbətini artırdığı, kola kimi qazlı içkiləri hər gün istehlak edənlərin isə vaxtından əvvəl ölüm nisbətinin yüzdə 20 artdığı məlum olub.

 

Elm adamları bu cür içkilərdən istifadə edənlərdə şəkər xəstəliyinə tutulma riskinin artdığını bildirərkən, bu içki yerinə qəhvə və ya çay içməyi tövsiyə ediblər.

 

2-ci tip diabetli 15486 nəfərin məlumatlarını araşdıran alimlər bu insanların istehlak vərdişlərini də müqayisə ediblər. 18,5 il ərzində qazlı və şəkərli içkilər qəbul edənləri tədqiq edən mütəxəssislər bu insanların 22 faizinin ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və demək olar ki, yarısının bu müddət ərzində dünyasını dəyişdiyini açıqlayıblar.

 

Qeyd olunub ki, şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 5 dəfə çoxdur. Gündə 6 fincana qədər qəhvə içənlərdə vaxtından əvvəl ölüm riskinin 26 faiz azaldığı da qeyd edilib. Çay içənlərdə riskin 21 faiz, su içənlərdə isə 23 faiz azaldığı bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır