Nabran kənd sakinləri üçün səyyar tibbi müayinə aksiyası təşkil olunub
24.04.2023 12:28

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə ətraf kəndlərin sakinləri üçün səyyar tibbi müayinələr təşkil olunur.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, ilk səyyar tibbi müayinə aksiyası Nabran Həkim məntəqəsində baş tutub.

 

Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (oftalmoloq, terapevt, pediatr, nevroloq, pediatr, otorolorinqoloq və s.) həkimləri tərəfindən 45 nəfər müayinələrdən keçirilib, onlara ümumilikdə 65 tibbi xidmət göstərilib.

 

Tibbi göstəriş əsasinda müraciət edən vətəndaşlardan laborator analizlər götürülüb, nəticəyə uyğun olaraq onlar müalicəyə cəlb olunublar.

 

Səyyar tibbi müayinə aksiyaları digər ətraf kəndlərdə də davam etdiriləcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib