Zaqatalada akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
19.04.2023 08:57
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə xəstəxananın direktoru Tamara Nurəliyeva çıxış edərək bildirib ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördüyü böyük işlərdir: “Bu gün keçirdiyimiz anım tədbiri isə Zərifə xanım Əliyevanın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir".
 
Direktor qeyd edib ki, akademik Zərifə Əliyeva bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşamış, elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəlmiş, məsuliyyətli, eyni zamanda, ibrətamiz və nümunəvi bir həyat yolu keçmişdir.
 
Daha sonra xəstəxananın həkim-oftalmoluqu Sədaqət İsayevə akademik Zərifə Əliyevanın zəngin mənəvi keyfiyyətləri, oftalmologiya elminin inkişafındakı xidmətlərini diqqətə çatdırıb. O, görkəmli oftalmoloqun təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi xatirələrdə yaşadığını vurğulayıb.
 
Qeyd olunub ki, alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
 
Tədbirin sonunda Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır