Tədqiqat: Ağcaqanad tüpürcəyi denge qızdırmasının ötürülməsini asanlaşdırır
12.04.2023 08:49

Yeni bir araşdırma, ağcaqanadların tüpürcəyinin insan toxunulmazlığını denge qızdırmasına qarşı həssas edərək xəstəliyin ötürülməsini asanlaşdıra biləcəyini ortaya qoyub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, "PLOS Pathogens" jurnalında dərc olunan araşdırmada mütəxəssislər denge qızdırması virusunu daşıyan "Aedes aegypti" ağcaqanadlarının tüpürcəklərini araşdırıblar.

 

Tədqiqatçılar immuniteti aşağı sala bilən "sfRNA"nın molekulyar tərkibini aşkarladıqları ağcaqanad tüpürcəyinin orqanizmi denge qızdırmasına qarşı həssas edərək xəstəliyin ötürülməsini asanlaşdıra biləcəyini müəyyənləşdiriblər.

 

ABŞ-ın Virciniya Universitetinin Mikrobiologiya, İmmunologiya və Xərçəng Biologiyası Departamentinin rəhbəri Mariano Garcia-Blanco, "Bu tip viruslar çox ağıllıdır, toxunulmazlığımızı boğur, infeksiyanın bədəndə yayılmasına imkan verir", deyib.

 

Mütəxəssislər yoluxmanı azaltmağa və xəstəliyin yayılmasına nəzarət etməyə kömək etmək üçün yeni yollar axtararkən, hazırda denge xəstəliyinə tutulmamağın ən yaxşı yolunun dişləmədən qaçınmaq olduğunu bildiriblər.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 400 milyon insan denge qızdırmasına tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır