Yaşlanmayan dəniz canlıları yaşlanmaya və xərçəngə çarə olacaq
08.04.2023 13:19

Yaşlanmayan ibtidai onurğalı dəniz canlıları üzərində həftəlik araşdırmalar aparan ODTÜ Dəniz Elmləri İnstitutunun dosenti Arzu Karahan təsdiq etdikləri metabolitlərin xərçəng və ya yaşlanma əleyhinə istifadə edilə biləcəyini söyləyib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Arzu Karahan komandası ilə birlikdə yaşlanmayan və özünü bərpa edən onurğalılarla birlikdə ibtidai dəniz canlıları olan assidiyalar qrupu üzərində işləyir.

 

Antalya, Mersin və Hatayda 8 fərqli stansiyada aparılan tədqiqatlardan sonra canlıların mədəni mühitdə yaşamasını təmin edən Karahan və komandası bu canlılardan sağlamlıq və sənayedə istifadə oluna biləcək xammal axtarmağa başlayıb.

 

Canlıların özünü yaxşılaşdıran və qocalmayan xüsusiyyətləri ilə bağlı həyata keçirilən layihələrdə xərçəngdən qocalmaya qədər bir çox sahədə istifadə edilə bilən dərman xammalının əldə edilməsi hədəflənir.

 

Mövzuyla əlaqədar danışan Karahan, üzərində çalışdıqları canlının ibtidai onurğalıların assidiyalar qrupu olduğunu və bu növlər üzərində 4 ayrı araşdırma (biomüxtəlifliyin təsbiti, yaşlanma işləri, bütün bədən təmiri işləri və dərman xammalının müəyyən edilməsi) apardıqlarını bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır