“Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib
05.04.2023 09:04

Tərtər Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib.


Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə “Heydər Əliyev müstəqilliyimizin yaradıcısıdır” adlı foto guşəyə baxış keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tədbirlər Planı”nın təsdiq edildiyini, Tərtərdə də həmin tədbirlər planına uyğun olaraq Ulu Öndərə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan səhiyyəsinə göstərilən diqqət və qayğıdan danışıb.

 

Sonra “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Sərxan Cəlahani “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda məruzə ilə çıxış edib. Ulu Öndərin Azərbaycan səhiyyəsinin qurucusu olduğunu deyən direktor qeyd edib ki, dahi lider Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssisləri ilə də sıx əlaqələr saxlayar, onların diqqətini Azərbaycana cəlb edər, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin inkişafına güclü təkan verilməsinə möhkəm zəmin yaradardı. Ulu Öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım, mərkəzlərin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

 

Tədbirdə YAP rayon təşkilatının nümayəndəsi Azər Ağayev, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktor müavini – baş həkim Bəkir Nağıyev və digər tibb işçiləri də çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır