Hamilə qadınlara səs-küylü mühit qadağandır - XƏBƏRDARLIQ 
20.07.2020 14:16

Həkimlər hamilə qadınlara səs-küylü mühitdə olmağı qadağan edir.

 

Aztibb.az Meddaily.ru-ya istinadən xəbər verir ki, bu barədə Lehigh Universiteti və Lafayette Kollecindən olan  mütəxəssislər 2004-2016-ci illərdə düyaya gələn uşaqlar arasında araşdırma aparıb.

 

Məlum olub ki, yüksək səs-küy dölün intrauterin inkişafına mənfi təsir göstərir.

 

Belə ki, səs-küy səviyyəsinin əhəmiyyətli dərəcədə yüksək olduğu bölgələrdə yaşayan qadınların körpələrinin çəki azlığı ilə dünyaya gəlmə riski 22% daha çoxdur. Nəqliyyat yolları və ya hava limanları yaxınlığında yaşayan anaların dünyaya gələn körpələrində bu hal daha çox müşahidə edilib.

 

2018-ci ildə aparılan araşdırma nəticəsində isə səs-küyün insan beynində stresə reaksiya verən hissəni aktivləşdirdiyi məlum olmuşdu. Bu da damarlarda iltihabın artmasına səbəb ola bilir.

 

Qeyd edək ki, səs-küy gərginlik yaradır, eşitməni zəiflədir, infarkt və insult riskini artırır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub