İSİM və Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
30.03.2023 18:00
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Aztibb.az İSİM-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, memorandumun əsas məqsədi iki ölkənin ictimai səhiyyə qurumları arasında əməkdaşlığı genişləndirmək, infeksiyaya nəzarət, səhiyyə idarəetməsi, sağlamlıq sahəsində birgə fəaliyyətləri təşkil və araşdırmaların aparılmasını təşviq etməkdir.
Qeyd edək ki, Azərbaycanda 2021-ci ildən etibarən səhiyyə işçiləri arasında vaksinlərin effektivliyinin tədqiqi layihəsi uğurla icra edilir. Bu tədqiqat layihəsi İSİM tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə həyata keçirilir. Tədqiqatın əsas məqsədi SARSCoV2 və qrip viruslarına qarşı vaksinlərin effektivliyinin öyrənilməsi, infeksiyaya nəzarət tədbirlərinin və ümumi vaksinasiya prosesinin səmərəliliyinin araşdırılması və ictimai səhiyyə istiqamətində müvafiq tövsiyələrin hazırlanmasıdır. Yeddi tibb müəssisəsindən 1500-dən çox səhiyyə işçisinin iştirak etdiyi bu tədqiqat çərçivəsində, həmçinin, aşkarlanan virusların genetik analizi də aparılır. Tədqiqatda SARSCoV2 və qrip viruslarının genetik ardıcıllığı xüsusi metodlarla təyin edilir. Bu il ərzində aşkarlanmış virusların genetik ardıcıllığı testləri Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutunun genetik laboratoriyası tərəfindən həyata keçiriləcəkdir.
Bu bölməyə aid digər xəbərlər
44 gün, 44 tələbə, bir Zəfər ruhu – ATU-dan Zəfər Günü ərəfəsində simvolik təşəbbüs
09.11.2026 | 17:21
Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib - Tədqiqat
09.11.2026 | 10:38
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
09.11.2026 | 09:29
Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
09.11.2026 | 09:27
Səhiyyə Nazirliyinin və TƏBİB-in kollektivləri Zəfər abidəsini ziyarət ediblər
09.11.2026 | 08:33
Azərbaycan Tibb Universitetinin nümayəndələri Zəfər Muzeyini ziyarət ediblər
08.11.2026 | 14:13
Akademik İradə Hüseynova: Zəfər Azərbaycanın milli gücünün, birliyinin və elmi potensialının təntənəsidir
08.11.2026 | 13:08
Braziliyalı alimlər onurğa beyninin zədələnməsini bərpa edə bilən preparat hazırlayıblar - 25 illik araşdırmanın nəticəsi
08.11.2026 | 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 | 11:07
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən Müharibəsi kadrları ilə bağlı paylaşım edilib
07.11.2026 | 22:02
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
31.10.2026 | 16:27
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
31.10.2026 | 15:20
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
02.11.2026 | 13:49
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
31.10.2026 | 14:28
ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub
03.11.2026 | 15:21
AQTİ video-redaktor vəzifəsinə işçi axtarır
02.11.2026 | 15:07
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
03.11.2026 | 12:32
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
31.10.2026 | 12:24
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
03.11.2026 | 15:37
Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
02.11.2026 | 11:52
Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub
03.11.2026 | 16:41
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
01.11.2026 | 07:12
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
03.11.2026 | 15:32
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
31.10.2026 | 09:34
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma
01.11.2026 | 10:27

