Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Gününə həsr edilən konfrans keçirilib
24.03.2023 18:25

ATU-da Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə ATU-nun Terapevtik stomatologiya kafedrasının professoru Rizvan Məmmədov bildirib ki, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA) artıq 25 ildir bu əlamətdar günü qeyd edir. Bu il isə tədbir Ulu Öndərin 100 illiyinə həsr olunub.

 

Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva vurğulayıb ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra yaranan təşkilatlardan biri də Azərbaycan Stomatoloji Assosiasiyasıdır: “Assosiasiya 1997-ci ildə təsis olunub və yarandığı gündən başlayaraq, beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilatımız artıq 1998-ci ildən etibarən beynəlxalq stomatoloji forumlarda aktiv iştirak edərək, respublikamızda da stomatologiyanın müxtəlif sahələrinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Əsas məqsədlərimizdən biri ondan ibarət idi ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün addımlar atsın. Çünki dünyadakı stomatoloji yenilikləri, texnologiyaları əldə etmək, bu sahədəki praktikanı genişləndirmək ölkə stomatologiyasına müasirlik gətirməyə imkan verir”.

 

Daha sonra “5ADent” və “ZDent” klinikalarının ortodontu, t.ü.f.d. İsmayıl Yaqublu “Sagital anatomiya okkluzisiyası olan pasiyentlərdə alt çənə hərəkətləri və qamət pozuntularının əldə edilmiş rəqəmsal məlumatların qarşılıqlı əlaqələri” və ATU-nun Uşaq stomatologiyası kafedrasının assistenti Sevinc Nağıyeva “Şəkərli diabetli uşaqlarda diş əti xəstəliklərinin diaqnozu və müalicəsi” mövzularında çıxış ediblər. 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır