Qəfil infarktdan özümüzü necə qoruyaq?
15.03.2023 13:35

Ürək tutmasından ani ölümlərin sayı günü-gündən artır və bu vəziyyətin əsas səbəbləri arasında genetik faktorlar, qeyri-sağlam qidalanma və hərəkətsizlik, başqa sözlə, oturaq həyat tərzi var.

 

Aztibb.az-ın məlumatına görə, Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, qəfil infarkt riskini azaltmaq üçün həyat tərzi vərdişlərinizi tənzimləməlisiniz.

 

Həkim bildirib ki, daimi idmanla məşğul olmaq lazımdır. Sağlam həyata nizamlı idman etməklə nail olmaq olar. Doymuş yağ turşuları az olan qidalara üstünlük vermək məsləhətdir:

 

"Qatı yağlardan, marqarin kimi emal edilmiş məhsullardan və heyvani yağlardan çəkinin. Ətin yağsız hissələrini istehlak edin. Tərəvəz və meyvələrlə zəngin bir pəhrizə riayət edin".

 

Onun sözlərinə görə, siqaret infarkt riskini artırır. Siqaret çəkməklə gözlənilən ömür qısalır. Bundan başqa, yüksək təzyiq ürək xəstəliklərinin mühüm səbəblərindən biridir. Həmçinin damarlarda pis xolesterin toplananda ateroskleroz və buna bağlı infarkt riski artır.

 

Cabir Gülmalıyev qeyd edib ki, şəkəri nəzarət altına almaq lazımdır. Qan şəkərini nəzarət altında saxlamaq infarkt riskini azaldacaq. Eyni zamanda, stress infarktın əsas səbəbləri arasındadır.

"Gündə 7-8 saat keyfiyyətli yuxu yatan insanların ürək xəstəliyinə tutulma riski daha azdır.

Mütəmadi olaraq müayinələrdən keçin. İnfarktın qarşısını almaq üçün mütəmadi olaraq həkimə müraciət etməli, təzyiq və xolesterin səviyyənizi ölçməlisiniz. Xüsusilə 40 yaşdan sonra ildə bir dəfə müayinədən keçməyi tövsiyə edirik".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır