Limfodrenaj proseduru limfa axınının gücləndirilməsi üçün nəzərdə tutulub - Fizioterapevt
15.03.2023 10:55
Limfodrenaj metabolik prosesləri yaxşılaşdırmağa, ödemi, gərginliyi aradan qaldırmağa, limfanın bədəndə sərbəst hərəkətini normaya salmağa və limfa mayesinin dövranını bərpa etməyə yönəlmiş bir terapevtik prosedurdur.
 
Aztibb.az xəbər verir ki, bu barədə "Səhhət" klinikasının fizioterapevti Natavan Xanmirzəyeva məlumat verib.
 
Onun sözlərinə görə, limfodrenaj proseduru - limfa axınının normallaşdırılması və gücləndirilməsi üçün nəzərdə tutulub. Bu prosedur bədənin müxtəlif hissələrini təzyiq altında sıxıb açan hava dalğasıdır. Onun köməyi ilə limfatik və venoz qan dövranını gücləndirmək, əzələləri canlandırmaq, yığılmış toksinləri, yağların parçalanma məhsullarını aradan qaldırmaq, durğun mayeni orqanizmdən uzaqlaşdırmaq mümkündür.
 
Natavan Xanmirzəyeva qeyd edib ki, bu prosedur bir çox problemlərin həllində əvəzedilməz metoddur. Limfopressiyanın əsas məqsədi limfatik düyünlərə və damarlara təsir etmək yolu ilə durğun limfanı hərəkətə gətirməkdən ibarətdir. Bu prosedur varikozun inkişaf riskini azaltmağa imkan verir.
 
"Limfodrenaj bağırsaqların da fəaliyyətinə yaxşı təsir edir, qəbizliyi aradan qaldırır. Limfodrenaj, həmçinin bədənin gözəl formada saxlanması məqsədilə kosmetik müalicə proseduru kimi də tətbiq edilir.
 
Limfodrenaj hamiləlik dövründə, dəri xəstəliklərində, onkoloji xəstəliklərdə, ürək-damar sistemi xəstəliklərində, tromboz zamanı və hormonal pozuntuları olan xəstələrdə məsləhət deyil," - fizioterapevt bildirib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır