ABŞ-da qızılca xəbərdarlığı: 20 min insan risk altındadır
15.03.2023 10:44

ABŞ-ın Kentukki ştatında keçirilən dini tədbirdə 20 minə yaxın insanın qızılca xəstəliyinə tutulma riski altında ola biləcəyi bildirilib.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən verilən açıqlamada, Kentukki ştatının Wilmore şəhərindəki Asbury Universitetində keçən ay bir xristian qrupu tərəfindən təşkil edilən tədbirə qatılan bir nəfərə sonradan qızılca diaqnozu qoyulduğu barədə xəbərdarlıq edilib.


“Əgər 17-18 fevral tarixlərində Asburi Universitetinin iclasında iştirak etmisinizsə, qızılcaya qarşı peyvəndiniz yoxdursa və ya natamamsınızsa, başqalarını qızılcaya yoluxdurmamaq üçün 21 gün karantində olmalı və simptomlarınızı izləməlisiniz”, - deyə məlumatda bildirilir. 

 

Bəyanatda, həmçinin peyvənd olunmamış insanlara qızılca, parotit və məxmərək (MMR) peyvəndi edilməsi tövsiyə olunur.

 

Səlahiyyətlilər xəbərdarlıq edir ki, qızılca virusu tənəffüs yolu ilə çox yoluxucudur və bununla bağlı peyvəndlərin hazırlanmasına baxmayaraq, bütün dünyada bu epidemiyanın, xüsusən də uşaq ölümlərinin əsas səbəbidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır