Kanadalı əkizlər "Ginnesin Rekordlar Kitabı"na düşdü: Dünyanın ən erkən doğulan uşaqları
09.03.2023 11:26

Kanadada 22 həftəlik doğulan əkizlər dünyanın ən erkən doğulan əkizləri olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Adiah və Adrial Nadarajah adlı körpələr vaxtından 126 gün əvvəl doğulub və 2018-ci ildən bəri 125 günlə rekorda sahib olan ABŞ körpələrini geridə qoyublar.

 

Guinness tərəfindən edilən açıqlamada, körpələr 22 həftədən 1 saat tez doğulsa belə xəstəxanada həyat qurtarma cəhdlərinin edilməyəcəyi vurğulanıb. Beləliklə, körpələr 40 həftəlik normal hamiləlik müddətindən 18 həftə tez doğulublar.

 

Ana Shakina Rajendram qeyd edib ki, 21 həftə 5 günlük olanda sancıları başlayıb, həkimlər isə körpələrin kifayət qədər inkişaf etmədiyi üçün onların sağ qalma şansının 0 faiz olduğunu bildiriblər. Onun sözlərinə görə, körpələr gecə yarısına bir neçə dəqiqə qalmış 21 həftə 6 günlük olanda doğulsalar belə həkimlər əkizləri xilas etmək üçün müdaxilə edə bilməyəcəklərini deyiblər. 

 

Doğuşdan sonra da çətin günlər keçirən körpələrin indi təxminən bir yaşı var. Hələ də həkimlər tərəfindən yaxından izlənilən əkizlərin səhhəti hazırda yaxşıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır