Hamilə qadınlara plastik şüşə xəbərdarlığı: Plastiklər dölün orqanlarına çata bilər
11.03.2023 09:51

Elm adamları yeni araşdırmada mikro və nano plastiklərin dölün bütün orqanlarına çata biləcəyini ortaya çıxarıblar. Bu vəziyyətin körpənin inkişafına zərər verə biləcəyini vurğulayan mütəxəssislər, gələcək anaları plastik butulkalardan istifadə etməməyə çağırıblar.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Roma Tor Verqata Universitetinin uzman embrioloqu Luisa Campagnolo xəbərdarlıq edib ki, mikro və nano-plastiklərin insan toxuması ilə qarışdığına dair artan sübutlar var. Əvvəlki tədqiqatlar göstərib ki, plastikin parçalanmasının əlavə məhsulu olan mikroskopik hissəciklər insan qanına və hətta plasentaya çata bilir və bioloji prosesləri poza bilər.

 

Amerika Elmin İnkişafı Assosiasiyasının illik konfransında təqdim edilən siçanlar üzərində aparılan yeni bir araşdırma, plastiklərin dölün orqanlarına çata biləcəyi iddiasını ortaya qoyub.

 

ABŞ-ın Rutgers Universitetində nanoelm və ətraf mühitin biomühəndisliyi üzrə mütəxəssis Philip Demokritou, heyvanlar üzərində aparılan araşdırmaların "çox narahatedici" olduğunu söyləyib.


“Biz hamilə heyvanın mədəsindən alınan mikro və nano-plastikləri 24 saat sonra plasentada tapdıq. Daha da vacibi, biz onları dölün hər bir orqanında tapdıq və bu, maddələrin uşağın inkişafına zərər verə biləcəyini göstərir", - deyə Philip Demokritou bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır