Piylənmə: Səbəbləri və fəsadları
08.03.2023 10:01
Piylənmə bir çox səbəbi olan mürəkkəb bir xəstəlikdir. Əsas səbəbi isə əlavə kalorilərin bədəndə yağ kimi yığılmasıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə Binəqədi Tibb Mərkəzinin həkim-diyetoloqu Nigar Cəfərova məlumat verib.
 
Həkim bildirib ki, qidanın enerji dəyəri kalori vahidi ilə ölçülür. Sağlam çəkidə qalmaq üçün orta fiziki aktiv kişi üçün gündəlik kalori ehtiyacı 2500 kaloridirsə, orta fiziki aktiv qadın üçün 2000 kaloridir. Bu rəqəm həddini aşıb fiziki aktivliyiniz az olarsa, kalorilər bədəndə yağ olaraq yığılacaq.
 
Nigar Cəfərovanın sözlərinə görə, aşağıdakı qidaların hamısı piylənməyə yol açır:
İşlənmiş qidalar və "fast food"lar - tərkibində yüksək dərəcədə yağ və şəkər olur
Spirtli içki, hazır meyvə şirələri - yüksək kaloriyə sahib qidalar
Sizə ehtiyac olandan çox kalorili qida qəbulu
Fiziki aktivlik - Oturaq həyat tərzi piylənmənin əsas səbəblərindən biridir.
 
Diyetoloq qeyd edib ki, ÜST böyüklərə həftədə azı 150 dəqiqə orta intensivli aerobik idmanla məşğul olmağı məsləhət görür:
 
Genetika. Piylənmə və artıq çəki ilə əlaqəli bəzi genlər var. Bəzi insanlarda genlər bədənlərinin qidaları enerjiyə çevrilməsinə və yağın saxlanmasına təsir göstərə bilər.
Tibbi səbəblər. Hipotireodizm, Kuşinq sindromu və s. kimi xəstəliklərin əlaməti kimi piylənmə yarana bilir. Bəzi dərmanlar, məs. steroidlər, epilepsiya və diabet dərmanları, psixiatrik dərmanların yan təsiri kimi piylənmə inkişaf edə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır