"Meşə vannası" nədir? Tədqiqatların maraqlı nəticəsi 
06.03.2023 15:45

Yaponiya hökuməti 1980-ci ildə stressi azaltmaq üçün vətəndaşlara “meşə vannası”nı tövsiyə etməyə başladı.  

 

Yaponca “şinrin-yoku” anlayışı var. Hərfi mənada “şinrin-yoku” meşədə çimmək və ya hisslərinlə meşədə qərq olmaq deməkdir. Bu da 4 əsas duyğu vasitəsilə əlaqələnir: görmə, eşitmə, qoxu və toxunma. 

 

Aztibb.az zdorovieinfo.ru-ya istinadən xəbər verir ki, 2008-ci ildə Yaponiyada 12 kişi üzərində araşdırma aparılır. Tədqiqata cəlb olunanlar 2-3 günlük meşələrə və şəhərə səyahət edirlər. Hər iki səfər zamanı aktivlik səviyyəsi eyni olur. 

 

Meşədə gəzintidən sonra NK hüceyrələrinin (təbii immun hüceyrələri) aktivliyinin əhəmiyyətli dərəcədə artdığı və sidikdə adrenalinin konsentrasiyasının əhəmiyyətli dərəcədə azaldığı görülür. Meşədə bir saatlıq gəzinti sistolik və diastolik qan təzyiqini 10 mm Hg aşağı salır. Nəticədə bütün bunlar stress hormonu kortizolun ifrazının azalmasına səbəb olur. 

 

Təxminən eyni tədqiqat 2022-ci ildə Almaniyada 63 nəfərin iştirakı ilə da aparılıb. Alimlər təbiətdə və şəhər mühitində gəzintidən sonra beynin fizioloji və emosional reaksiyalara cavabdeh olan hissəsinin fəaliyyətini müqayisə ediblər. Təbiətdə bir saatlıq gəzinti onların aktivlik səviyyəsini aşağı salıb. 

 

Nəticələrə əsaslanaraq, meşə terapiyasının əhval-ruhiyyəni yaxşılaşdırdığı, əqli performansı və enerjini artırdığı sübut edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır