Almaniyada Vətənimizi layiqincə təmsil edən həkim - Fuad Məmmədov
05.03.2023 21:42

"Həkimlərimizi tanıyaq!" rubrikamızda sizləri Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Fuad Məmmədovla tanış edəcəyik.

 

Fuad Məmmədov 05 mart 1991-ci ildə Şirvan şəhərində anadan olub. 2008-ci ildə M.B.İsrayılov adına 18 nömrəli təbiət və humanitar təmayüllü məktəb-liseyinin bitirərək Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən 2010-cu ildə Almaniyanın Hannover şəhərində Hannover Tibb Univeristetinə daxil olub və 2017-ci ildə həmin universiteti fərqlənmə ilə bitirib.

 

Fuad Məmmədov 2018-ci ildən Almaniyanın ən nüfuzlu xəstəxanalar şəbəkəsindən olan Diakovere xəstəxanasında cərrah kimi fəaliyyət göstərir. Həkim bir çox uğurlu cərrahi əməliyyatlar icra edib. 

 

Azərbaycan gənclərindən çox az sayda olan şəxslərdəndir ki, Almaniyada tibb üzrə həm bakalavr, həm də uzmanlıq səviyyəsində təhsil alıb.

 

Daim öz üzərində çalışan Fuad Məmmədov Avropanın bir çox ölkələrində keçirilən beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır