Simptomsuz, yüngül simptomlu və ağır simptomlu koronavirus xəstələri
20.07.2020 12:08

Səhiyyə Nazirliyində COVID-19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İsçi qrupundan bildiriblər ki, bu virusa tutulmuş şəxslər yoluxma dərəcələrinə əsasən bir neçə qrupa bölünüb: COVID-19 infeksiyasına yoluxmuş simptomsuz, yüngül simptomlu və ağır simptomlu xəstələr.

 

Simptomsuz xəstələr adından məlum olduğu kimi xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcısıdır. Simptomsuz xəstələrin yoluxması yalnız COVID-19 testini keçdikdən sonra müəyyən olunur.

 

Yüngül simptomlu xəstələrə gəldikdə isə, bu xəstə ilk növbədə, hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdıqdan sonra, xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur.

 

Ağır simptomlu xəstələrdə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrılar, quru öskürək və təngənəfəslik ağır simptomlu xəstələrin əlamətləridir. Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir.

 

Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxladıqdan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət etdikdən sonra, stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər.

 

Səhiyyə Nazirliyinin İsçi Qrupunun üzvü bildirib ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətandaşlarla əlaqədə olan şəxslər vasitəsilə gündə iki dəfə xəstələrin vəziyyətini müşahidə edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər