Şəkər xəstələri ürəyini necə qorumalıdır?
04.03.2023 10:03
Şəkərli diabeti olan 3 nəfərdən 2-si ürək xəstəlikləri və ya insult səbəbi ilə həyatını itirir. Bütün damar yatağının belə ağırlaşmış dərəcədə geniş miqyaslı zədələnməsi yalnız şəkərli diabet zamanı baş verir.
 
Aztibb.az-ın məlumatına görə, Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, şəkərli diabet xəstələrində şikayətlər olmasa belə, ürək patologiyalarının aktiv skrininqi (ilkin müayinəsi) aparılmalıdır.
 
Həkim şəkər xəstələrinin ürəyini necə qorumalı olduğu məqamları da açıqlayıb:
 
Qanda şəkər səviyyəsi daima normada saxlanılmalıdır
Arterial təzyiq 130/80 mmHg altında olmalıdır
Xolesterol və trigliserid dəyərləri aşağı səviyyədə olmalıdır
Çəki problemi varsa, artıq çəkilərdən qurtulmaq lazımdır
Mövsümə uyğun meyvə-tərəvəz və tam taxıllı liflə zəngin yüksək karbohidratlı qidalar qəbul edilməlidir
Yetərli və keyfiyyətli yuxu təmin olunmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır