Qızartmalarda günəbaxan yağından istifadə depressiya və Alsheymer kimi xəstəliklərə səbəb ola bilər - DİYETOLOQ 
27.02.2023 17:27

Günəbaxan yağında qızardılmış qida demensiya da daxil olmaqla təhlükəli xəstəliklər riskini yüksəldir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə həkim-diyetoloq Mixail Ginzburq məlumat verib.

 

Diyetoloq Qinzburq bildirib ki, günəbaxan və qarğıdalı yağları omeqa-6 yağ turşuları ilə əhəmiyyətli dərəcədə zəngindir.

 

Onlar qızmaya məruz qaldıqda faydalı xüsusiyyətlərindən məhrum olurlar, bundan başqa, o, orqanizmdə iltihabi prosesləri aktivləşdirir. Bununla əlaqədar olaraq diyetoloq qızartmalarda günəbaxan yağından istifadə etməməyi məsləhət görüb.

 

"Qızardılmış qidanı daimi qəbul etməyə bağlı yüksək iltihab səviyyəsi depressiya və ya Alsheymer kimi patologiyaların inkişafına səbəb ola bilər", - deyə M.Ginzburq xəbərdarlıq edib.

 

Həkim qızartma üçün bitki yağı alınarkən onda olan olein turşusunun miqdarını nəzərə almağı məsləhət görüb: bu turşunun çox olduğu yağlar qızartma yeməklərin hazırlanması üçün uyğundur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib