Uşaqlarda yastıpəncəlik: Növləri və müalicəsi
27.02.2023 11:57

Bütün uşaqlar yastıpəncəliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır. Vətərlərin möhkəmlənməsi və qövsün meydana gəlməsi üçün vaxt lazımdır. Bəzən körpələrin ayağında olan əlavə yağ toxuması tağı gizlədə bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov sosial şəbəkədə məlumat paylaşıb.

 

Fizioterapevt bildirib ki, yastıpəncəlik 2 formada – sərt və elastik (yumşaq) görülə bilər. Sərt yastıpəncəlik çox zaman sümük deformasiyası, tarsal koalisiya (ayaq sümüklərinin birləşməsi), anadangəlmə və irsi səbəblərə bağlı olaraq meydana gəlir. 

 

Onun sözlərinə görə, elastik yastıpəncəlik zamanı pəncə tağı ayağınız yerlə təmas etmədiyi zaman – ayağınızı yuxarı qaldırdıqda, ayaq ucunda durduqda görünür. Lakin ayaqda bədən çəkisini daşıdığımız zaman itir. Belə tip yastı pəncəliyə daha çox uşaqlarda rastlaşırıq.

 

P.Əkbərov yastıpəncəliyin müalicə növünün onun yaranma səbəbindən, deformasiyanın ciddiliyindən və ağrıdan asılı olaraq dəyişdiyini qeyd edib. Bildirib ki, artıq piylənmədən əziyyət çəkən və bu səbəblə ayağında düzlük meydana gələn xəstələrdə artıq çəkini azaltmaq şikayətlərin azalmasına kömək edir:

 

"Fiziki fəaliyyətin məhdudlaşdırılması: Xəstənin şikayətlərini azaltmaq məqsədilə 3 həftəlik istirahət və simptomları ağırlaşdıracaq hərəkətlərdən uzaq durmaq məsləhət görülür. Ayaq biləkliyi və əsa istifadə məsləhət görülür.

 

Ağrıların azaldılması: Vətərlərdə inflammasiya və zədələnmə prossesi varsa, ağrı şiddətlidirsə, bu zaman xəstəyə ayaq biləkliyi və qeyri steroid- iltihabəleyhinə ağrı kəsici preparatlar (tablet və gel) verilir.

 

Fizioterapiya müalicəsi: Fizioterapevt müşaiyəti altında ayaq əzələlərini gücləndirmək və müəyyən prosedurlar etmək ağrıları və digər şikayətləri azalda bilər.

 

Düzgün ayaqqabı seçimi: Ümumiyyətlə ağrı əlamətləri olan xəstələrə rahat və geniş ayaqqabı seçimi məsləhət görülür. Xüsusilə qadınlar, pəncə qövslərini dəstəkləyəcək yüngül və az hündürlüyü olan ayaqqabılar geyinərək gün ərzində onları narahat edəcək simptomları azalda bilərlər.

 

Ortez və dabanlıqlar: Pəncə tağını formalaşdırmaq məqsədilə həkim tərəfindən ortez və ayaqqabı içlikləri təyin edilir. Bunlar yastıpəncəlik növünə görə fərdi ya da qəlibləşmiş – hazır dabanlıqlar ola bilər".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Qazaxda ana və körpənin həyatı xilas edilib
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub