Böyük Britaniyada ilkin tibbi yardım böhranı yaşanılır
26.02.2023 09:49

"MailOnline"-nın təhlilinə görə, ölkə üzrə sağlamlıq mərkəzlərində çalışan 143 000-dən çox işçinin yalnız dörddə biri ailə həkimidir. Qəbul işçiləri, katiblər də daxil olmaqla tibb bacıları, feldşerlər və inzibati heyət işçi qüvvəsinin qalan hissəsini təşkil edir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, bu təhlil milyonlarla britaniyalının ailə həkimindən görüş almaq üçün mübarizə apardığı bir vaxtda baş verib.

 

Bir çox həkim artan tələb, sənədləşmə və iş mühiti ilə bağlı şikayətlər səbəbindən 50 yaşlarında təqaüdə çıxmaq, xaricə köçmək və ya özəl sektorda işləmək üçün işdən ayrılmağı seçir.

 

Bu, tam ixtisaslı ailə həkiminə düşən xəstələrin orta sayının 2273 nəfərə çatmasına səbəb olub. Bu rəqəm göstərir ki, son 5 ildə bir həkimə düşən xəstə sayı 15 faiz artıb.

  

Təxminən 110.000 funt-sterlinq orta əmək haqqı ilə həkimlər hazırda işçi qüvvəsinin yalnız 25 faizini təşkil edirlər. İnzibati heyət, əsasən resepşnlər 50 faizdən bir qədər çoxdur. Qalanları tibb bacıları və digər tibb işçiləridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır