Alimlər: Parkinson xəstəliyini molekulyar “pinsetlərin” köməyilə müalicə etmək olar
06.10.2020 09:02

Oksford Universiteti (Böyük Britaniya) nəzdində Parkinson Xəstəliyi Mərkəzinin alimləri molekulyar “pinsetlərin” köməyilə yeni müalicə metodunu işləyib hazırlayıblar. Molekulyar “pinset” ayrı-ayrı atomları və molekulları digər yerə köçürməyə və ya məhv etməyə imkan verən nanometodikadır. Tədqiqatın nəticələri “Nature Communication” jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, alimlərin fikrincə, yeni metod məlum xəstəliyin ilkin səbəbi olan patoloji zülallarda rabitəni pozmaqla sağlam neyronların işini stimullaşdırır.

 

Molekulyar “pinset” CLR01 adı verilmiş maddədir və Parkinson xəstəliyində formalaşan toksik zülalın bir yerə toplanmasının qarşısını alır. Laboratoriya siçanları üzərində terapiya göstərib ki, patoloji zülallar vasitəsilə onlarda yaradılmış Parkinson xəstəliyi məhz “pinsetin” dağıdıcı təsiri sayəsində müalicə edilir. CLR01 maddəsi Parkinson xəstəliyində alfa-sinukletin topalarının yaranmasını və gövdə hüceyrələrindən “in vitro” yaradılmış sağlam insan neyronlarının məhv olmasının qarşısını almağa qadirdir.

 

Tədqiqatçı qrupuna rəhbərlik edən Parkinson Xəstəliyi Mərkəzinin professoru Riçard Ueyd-Martinsin fikrincə, araşdırma göstərir ki, “baş beyində toksik zülalların toplandığı yerin müəyyən edilməsi üçün dərman preparatları yaratmaq və ən başlıcası, Parkinson xəstəliyinin zədələdiyi neyronları deqradasiyadan qorumaq mümkündür. Əsas odur ki, xəstəliyin beyin neyronlarını xilas etmək mümkün olduğu mərhələsində “pəncərəyə” vaxtında daxil olmaqdır.

 

Parkinson Fondundan tədqiqatçı Bekki Portun fikrincə, müvafiq sahədə həkimlərin beyin toxumasını qorumağa qadir olan müalicə metodlarına ehtiyacı var. Laboratoriya şəraitində sınanmış “pinset” metodu Parkinson xəstəliyinin müalicəsində inqilabi dəyişiklik vəd edə bilər.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Parkinson xəstəliyindən əziyyət çəkən insanların sayı dörd milyona çatır. Eləcə də 30-40 yaşlı insanlar arasında xəstələrin sayı artmaqdadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır