Revmatizm ürəyi zədələyir! 
18.02.2023 15:13
Revmatizm ürəyi zədələyir. Bu pozulma revmokardit adlanır. Revmokardit zamanı ürəyin qişaları – daxili qişa (endokardit), xarici qişa (perikardit) və orta qişası olan ürək əzələsi (miokardit) iltihabi prosesə qoşula bilər.
 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Cabir Gülmalıyev bildirib ki, revmatizm yüngül keçdikdə belə, iltihabi proses ürək qapaqlarını zədələyə bilər. Bu zaman qapaqlar büzülür, dağılır, öz elastikliyini itirir. Nəticədə bu qapaqlar ya tam açılmır, ya da kameralar arasındakı dəlikləri tam şəkildə qapanmırlar.
 
Onun sözlərinə görə, qapaqlarda yaranan qüsur nəticəsində ürək öz fəaliyyətini normal şəkildə icra edə bilmir ki, bu da ağır fəsadların (aritmiya, xroniki ürək çatışmazlığı, tromboemboliya) baş verməsinə səbəb olur.
 
"Revmatizm ürəkdə iz qoya, hətta ürək çatışmazlığına səbəb ola bilər!", -deyə uzman həkim əlavə edib.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır