Kardioloq İlhamə Zülfüqarlı - "Həkimlərimizi tanıyaq!“ rubrikası
10.02.2023 09:44

Aztibb.az "Həkimlərimizi tanıyaq!“ rubrikasında bu dəfə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 2 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin həkim-kardioloqu İlhamə Zülfüqarlını təqdim edir. 

 

İlhamə Zülfüqarlı 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda internatura keçib.

 

O, 1999-2010-cu illərdə “Kimyaçı” poliklinikasında, 2011-2022-ci illərdə Sumqayıt 4 nömrəli şəhər poliklinikasında (hazırda 2 nömrəli xəstəxananın poliklinika şöbəsi) həkim-kardioloq işləyib. 2022-ci ildən Sumqayıt 2 nömrəli xəstəxananın poliklinika şöbəsində həkim-kardioloq kimi fəaliyyətini davam etdirir.

 

Həkim Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) və Avropa Kardioloji Cəmiyyətinin (ESC) üzvüdür. Həmçinin AKC-nin milli konqreslərinin iştirakçısıdır.

 

İlhamə Zülfüqarlı kardioloji xəstələrin elektrokardioqrafik və exokardioqrafik müayinəsi və müalicəsi ilə məşğuldur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır