İnsult işemik və hemorragik xarakter daşıya bilər - HƏKİM
12.02.2023 10:55
İnsult beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur və kliniki, laborator, tomoqrafik müayinələrinin nəticələri əsasında diaqnoz qoyulur. İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üz sinirinin birtərəfli iflici (parezi), halsızlıq, əzələ gücünün itməsi və ya enməsi, müvazinət pozulmaları, şüurun bulanıq olması, nitq və görmənin pozulması, başgicəllənməsi ilə təzahür edir.
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin nevropatoloq həkimi Xəyalə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, insult işemik və hemorragik xarakter daşıya bilər. İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn insult növüdür. Bu sindrom 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunur. Qanaxma tipli insult isə qəfil baş verir, başın yanlara dönməsi zamanı ürəkbulanma və qusma halları müşahidə olunur. Kəskin və şiddətli baş ağrıları, başda isinmə hissi və yanma hiss edilir. Hemorragik insult - beyindəki qan damarından beyinə qan sızdıqda meydana gəlir. Xəstəliyin rast gəlinmə faizi işemik insultdan daha azdır. Lakin buna baxmayaraq, insult nəticəsində ölümlərin 30%-i bu növdən qaynaqlanır.
Həkim bildirib ki, müalicə orqanizmin həyat fəaliyyətinin təminindən, ürək, tənəffüs və metabolik pozğunluqların korreksiyasından, serebral ödemlə mübarizədən, spesifik patogenetik, neyroprotektor və simptomatik terapiyadan, ağırlaşmaların qarşısının alınmasından və reablitasiyadan ibarətdir.
Bu bölməyə aid digər xəbərlər
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

