"Müasir günümüzdə fizioterapiya ən təhlükəsiz müalicə vasitəsi hesab edilir" - Fizioterapevt
11.02.2023 09:13

Fizioterapiya fiziki amillər tətbiq olunmaqla mövcud tibbi müalicə vasitələrindən biridir və bir çox metodları var. Bunlardan elektro terapiya, lazer terapiya, maqnit terapiya kimi vasitələri, lazım olduğu təqdirdə isə müalicəvi bədən tərbiyəsi və masaj seanslarından istifadə olunur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxananın Fizioterapiya şöbəsinin müdiri, həkim-fizioterapevt Günay Bayramova məlumat verib.

 

Həkim bildirib ki, fizioterapiya zamanı əsasən dəriyə və dərialtı toxumalara təsir olunur. Bu müalicə vasitəsinin üstünlüyünün əsas səbəbi dərmansız, ağrısız, kəsiksiz müalicə metodu olmasındadır.

 

Onun sözlərinə görə, fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə-profilaktika vasitəsidir. Onun tətbiq olunmasında uşaqlarla böyüklər arasında heç bir fərq yoxdur. Fizioterapevtlər qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş əzələləri tədricən bərpa etməyə, gərginliyi azaltmağa və orqanizmi xoşagəlməz xəstəliklərdən qorumağa kömək edirlər. Müasir günümüzdə fizioterapiya ən təhlükəsiz müalicə vasitəsi hesab edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır