Hər il dünyada 19,5 milyon insana xərçəng diaqnozu qoyulur
06.02.2023 11:31

Dünyada hər il təxminən 19,5 milyon, Türkiyədə isə 250 min insana xərçəng diaqnozu qoyulur. Döş xərçəngi isə ən çox görülən ağciyər xərçəngidir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, bu barədə Ankara Etlik Şəhər Xəstəxanası Tibbi Onkologiya Klinikasının professoru Ömür Berna Öksüzoğlu açıqlama verib.

 

O, tütün və tütün məmulatlarından istifadə etməmək, piylənmənin qarşısının alınması, sağlam qidalanma və nizamlı fiziki fəaliyyətin xərçəngdən qorunmaq üçün ən mühüm tədbirlərdən olduğunu bildirib.

 

Öksüzoğlu qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını ehtiva edən “GLOBOCAN” məlumatlarına görə, dünyanın 184 ölkəsində hər il təxminən 19,5 milyon insan xərçəngə tutulur, 10 milyona yaxın insan isə bu xəstəlikdən ölür. 

 

Bu rəqəmlərin 10 il əvvəlki ilə müqayisədə artdığına diqqət çəkən türkiyəli professor bildirib ki, dünyada 10 il əvvəl xərçəng diaqnozu qoyulanların sayı 14 milyon, xərçəng səbəbiylə həyatını itirənlərin sayı isə 8 milyon idi. Bundan başqa, hər il 2,3 milyon qadına döş xərçəngi, 2,2 milyon insana isə ağciyər xərçəngi diaqnozu qoyulur.

 

Professor COVID-19 epidemiyası zamanı insanların müntəzəm xərçəng müayinələrinin pozulduğunu və bunun diaqnoz proseslərinə mənfi təsir göstərdiyini bildirib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib