Naringinin insan oraqanizmi üçün faydaları
29.01.2023 21:44

Naringi C vitamini, antioksidantlar və su ilə zəngin ətirli qış meyvəsidir.

 

Aztibb.az xəbər verir ki, naringi və onun qabıqları bir çox xəstəliklərdən qoruyan və immunitet sistemini dəstəkləyən flavonoidlər kimi antioksidantlarla zəngindir.

 

Naringi C vitamini ilə zəngin olub, bədəni qoruyan ağ qan hüceyrəsi növü olan T hüceyrələrinin inkişafına və funksiyasına təsir edərək immunitet sistemini virus və bakteriyalardan qorumağa kömək edir. 


C vitamini qan təzyiqini və qan laxtalanmasını azaltmaqla, qan damarlarının fəaliyyətini yaxşılaşdırmaqla və qanda trigliserid və LDL (pis) xolesterin səviyyələrini aşağı salmaqla ürək xəstəlikləri üçün risk faktorlarını azalda bilər.

 

Yaşlandıqca bədəndə kollagenin miqdarı azalır. Vitamin C kollagen sintezini dəstəkləyir və qırışlar kimi yaşlanma əlamətlərini azaldır.

 

Sitrus meyvələrindəki flavonoidlər mədə xərçəngi, döş xərçəngi, kolon xərçəngi və ağciyər xərçəngi də daxil olmaqla bəzi xərçəng növlərinin riskinin azalması ilə əlaqələndirilmişdir.

 

Naringi də daxil olmaqla sitrus meyvələrində bağırsaqda fermentləşməyən həll olunmayan lif var. Bu liflər toxluğu artırır və çəkiyə nəzarət etməyə kömək edə bilər.

 

Naringinin zərərləri nələrdir?

Naringi şəkəri yüksək olan meyvələr sırasındadır. Xüsusilə diabet xəstələrinin ehtiyatla istehlak etməsi lazımdır.

 

Turşu tərkibli bir meyvə olduğu üçün xüsusilə qastrit kimi mədə xəstəlikləri olan şəxslərdə həddindən artıq istehlak edildikdə mədə narahat edə bilər.

 

Allergik bədəni olan insanlarda və kiçik uşaqlarda səpgi kimi allergik reaksiyalara səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır